1.Müqavilənin predmeti



1.1."İcraçı" bu Müqavilənin 1 saylı Əlavəsində qeyd edilən xidmətləri ("Xidmət paketi" adlanacaq) göstərməyi, "İştirakçı" isə bunun müqabilində müəyyən olunmuş xidmət haqqını tam şəklində ödəməyi öhdəsinə götürür.



1.2. Xidmətin başlama tarixi və ümumi xidmət saatları bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstəriləcək.



1.3. Yer sayı məhdud olan tədbirlərdə iştirak etmək üçün yalnız vaxtlı-vaxtında və yer sayı bitməmişdən əvvəl qeydiyyatdan keçmiş "İştirakçı"nın müvafiq tədbirdə iştirakı təmin ediləcəkdir.



2. Tərəflərin hüquq və vəzifələri



2.1."İştirakçı"nın hüquq və vəzifələri:



2.1.1. "İştirakçı" bu Müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları "İcraçı"ya təqdim edir;



2.1.2. "İştirakçı" cəmiyyətdə qəbul edilmiş ümumi etik və davranış normalarına, "İcraçı"nın müəyyən etdiyi qaydalara və "İcraçı" tərəfindən qoyulmuş qadağalara dürüst riayət etməyə borcludur;



2.1.3. "İştirakçı" "İcraçı"nın ümumi prinsiplərinə, dəyərlərinə, həyata keçirilən layihələrin konsepsiyasına dürüst riayət etməyə borcludur;



2.1.4. "İştirakçı" bu Müqavilənin və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrin şərtlərini qəbul edir və ödənişlərin Müqavilənin və Əlavələrin tələblərinə uyğun olaraq yerinə yetirilməsini təmin edir;



2.1.5. "İştirakçı" "Xidmət paketi"ni aldığı gündən başlayaraq 14 (on dörd) gün ərzində öz "Xidmət paketi"ndən imtina etdikdə bu Müqavilədəki ümumi ödəniləcək xidmət haqqının 10 (on) % məbləğində sənədləşmə haqqını "İcraçı"ya ödəməklə, ödənilmiş xidmət haqqının qalan hissəsini geri ala bilər;



2.1.6. "İcraçı"nın günahına aid olmayan hər hansı bir səbəbə görə "İştirakçı" "Xidmət paketi"ndən istifadə etməzsə və ya natamam həcmdə istifadə etsə, artıq həyata keçirilmiş ödənişləri tam və ya hissəvi geri tələb edə bilməz.



2.1.7. "İştirakçı" bu Müqavilə üzrə razılaşdırılmış xidmətlərin göstərilməsini tələb edir;



2.1.8. "İştirakçı" öz yazılı xahişinə əsasən kurslarda iştirakı barədə sertifikat ala bilər.



2.2." İcraçı"nın hüquq və vəzifələri:



2.2.1. "İcraçı" "İştirakçı"ya xidmətin göstərilməsini təmin edir;



2.2.2. "İcraçı" zərurət olduğu hallarda xidməti göstərmək üçün üçüncü şəxsləri cəlb edir;



2.2.3. "İcraçı" xidmət saatların vaxtını (xidmət cədvəlini) və təlimçi heyətini müəyyənləşdirmək və dəyişmək hüququnu özündə saxlayır.



2.2.4. "İcraçı" Müqavilənin 2.1.2 və 2.1.3-cü bəndlərinin tələblərini pozan "İştirakçı" ilə bu Müqaviləni vaxtından əvvəl pozmaq hüququna malikdir.



3. Ödəmə qaydaları



3.1. Bu Müqavilə üzrə xidmətlərin ödənilməsi Azərbaycan manatı ilə nağd və ya nağdsız qaydada (köçürmə yolu ilə) Müqaviləyə edilmiş 1 saylı Əlavəyə uyğun olaraq həyata keçirilir.



3.2. Tərəflərin qarşılıqlı razılığı əsasında və bu Müqaviləyə Əlavədə göstərilmiş qaydada və tarixlərdə "Xidmət paketi"nin dəyəri hissə-hissə ödənilə bilər.



4.Tərəflərin məsuliyyəti



4. Bu Müqavilənin şərtlərini pozan tərəf bu Müqavilənin şərtlərinə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəalarına uyğun olaraq məsuliyyət daşıyır.



5.Müqavilənin qüvvədə olma müddəti



5.1. Bu Müqavilə tərəflərin imzası ilə təsdiq olunduğu tarixdən hüquqi qüvvəyə minir.



5.2. Bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam icra olunanadək Müqavilə qüvvədədir.



6. Qanunvericilik və mübahisələrin həlli qaydası



6.1. Bu Müqavilədən irəli gələn mübahisələr, fikir ayrılığı və tələblər tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir.



6.2. Bu Müqavilədə müəyyən edilmiş münasibətlər müqavilə şərtləri ilə və Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.



7. Digər şərtlər



7. Bu Müqavilə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib olunur və hər bir tərəfdə bir nüsxə saxlanılır.


8. Məxfilik siyasəti

8.1 Kart sahibinin məxfi kart məlumatları saxlanılmır